Müəllimlərin maaşlarına əlavələr müəyyən ediləcək – FƏRMAN

Oxunma vaxtı:26 Saniyə

Prezident İlham Əliyev dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında fərman imzalayıb.

Dogrusoztv.Az xəbər verir ki, fərmana əsasən, 2022-ci il sentyabrın 1-dən dövlət ümümi təhsil müəssisələrinin aşağıdakı rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) sertifikatlaşdırmadan keçən təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavə müəyyən edilir.

Direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə);

Təhsilverənlərin (sertifikatlaşdırmanın nəticəsinə görə).

Loading

Next Post

Qazaxıstan prezidenti Azərbaycana rəsmi səfər edəcək

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Azərbaycana rəsmi səfər edəcək. Dogrusoztv.AzTrend-ə istinadən bildirir ki, səfər avqustun 24-nə planlaşdırılır. Səfərin gündəliyinə ticarət-iqtisadi, nəqliyyat-logistika, mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi, ümumilikdə Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığının inkişafının müzakirəsi daxildir. Səfər zamanı bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.