Azərbaycan və Türkiyə prezidentlərinin müzakirə edəcəyi məsələlər açıqlanıb

Oxunma vaxtı:31 Saniyə

Azərbaycan və Türkiyə prezidentlərinin müzakirə edəcəyi məsələlər açıqlanıb

Azərbaycan və Türkiyə prezidentlərinin müzakirə edəcəyi məsələlər açıqlanıbAzərbaycan və Türkiyə prezidentlərinin müzakirə edəcəyi məsələlər açıqlanıbİlham Əliyev və Rəcəb Tayyib Ərdoğan
V İslam Həmrəyliyi Oyunları çərçivəsində Türkiyənin Konya şəhərində səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş keçiriləcək.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, iki ölkə liderlərinin görüş zamanı Ermənistanın Qarabağda törətdiyi son təxribatları və buna cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi “Qisas” əməliyyatını ətraflı şəkildə müzakirə edəcəkləri gözlənilir.

Dövlət başçıları tərəfindən həmçinin Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün aparılan danışıqlardakı son durum, enerji təhlükəsizliyi və digər vacib məsələlərin müzakirə olunacağı bildirilir.

 432 total views

Next Post

Kamran Əliyev prokurorlara tapşırıqlar verdi

Avqustun 9-da baş prokuror Kamran Əliyev Oğuz Rayon Prokurorluğunun inzibati binasında Oğuz, Şəki və Qəbələ rayonları, həmçinin digər bölgələrdən olan vətəndaşları qəbul edib. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, qəbuldan əvvəl baş prokuror xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, gül dəstələri düzərək əziz xatirəsini […]