İki hərbçi ordu sıralarından xaric edilib – RƏSMİ

Oxunma vaxtı:29 Saniyə

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Süleymanzadə Seymur Əmrah oğlu və Abdullayeva Afət İzariyyə qızının xidmət zamanı smartfon tipli telefon istifadə etməsi, eləcə də şəxsi hesablarında xidmətə aid foto-video görüntüləri paylaşması aşkar edilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, adları qeyd olunan hərbi qulluqçular Müdafiə Nazirliyi rəhbərliyinin müvafiq əmr və sərəncamlarına zidd hərəkətlərinə görə ordu sıralarından çıxarılıb.

Bir daha bildiririk ki, ordu mənsublarına yaraşmayan hərəkətlərlə hərbi etika qaydalarını, eləcə də mobil telefonlardan istifadə zamanı nizamnamələrin tələblərini və müvafiq əmrləri kobud şəkildə pozan hərbi qulluqçular barəsində bundan sonra da ciddi tədbirlər görüləcəkdir.

 413 total views

Next Post

22 ildir çimməyən adam müayinə edildi: Həkimlər heyrətə gəldi

Hindistanda yaşayan Dharamdev Rama adlı sakin qəribə həyat tərzi ilə diqqət çəkir. 40 yaşlı sakin 22 ildir çimmir. Məlumata görə, hindistanlı dünyadakı pis əməlləri belə boykot etmək qərarına gəlib. Qohumların və onu tanıyanların israrına baxmayaraq, 40 yaşlı sakin boykot qərarından imtina etməyib. Rama bildirib ki, qadınlara və heyvanlara qarşı zülmə səssiz qalmaq […]