Gürcüstan Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyib

Oxunma vaxtı:24 Saniyə

Gürcüstan xarici işlər naziri İlia Darçiaşvili Azərbaycanın Londondakı səfirliyinə qarşı törədilmiş təxribatla əlaqədar azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan XİN-in “Aktual.ge” xəbər portalına açıqlamasında bildirilib. Qeyd olunub ki, İlia Darçiaşvili söhbət zamanı ölkəsinin Azərbaycana tam dəstəyini vurğulayıb.

“Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili bu gün azərbaycanlı həmkarı ilə telefonla danışıb və avqustun 4-də baş vermiş hadisəyə görə tam dəstək və həmrəylik ifadə edib”,- deyə məlumatda qeyd olunub.

 447 total views

Next Post

Azad edilmiş ərazilərdə yaşıl texnologiyaların tətbiqi ilə bağlı İşçi Qrupu yaradılıb

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi Qrup yaradılıb. APA xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı sərəncam imzalayıb. İNFRASTRUKTUR https://ads.adviad.com/www/images/0fc5c6f467fb73fa538aafe9db5e3531/index.html?clickTag=https://ads2.adviad.com/www/delivery/ck.php?oaparams=2__bannerid=12323__zoneid=1065__cb=3b78662e06__campaignid=2473__p1=1659801328__p2=c8b8fbd29f3f41c62ee8ef0284bc__p3=4449899592.89fab6e1a1e59f65ad4cd7e3afe47feda99ee503__oadest=https%3A%2F%2Flimak.az%2Faz%2F%23%2Fcourier%3Futm_content%3DAdviad%26utm_source%3Dapa.az%26utm_medium%3Diab_banner%26utm_campaign%3DLimak_Apa.az_Vertical_Top_Mobile%26utm_device%3Dmobile Azad edilmiş ərazilərdə yaşıl texnologiyaların tətbiqi ilə bağlı İşçi Qrupu yaradılıb Foto al 06 avqust […]