22 ildir çimməyən adam müayinə edildi: Həkimlər heyrətə gəldi

Oxunma vaxtı:24 Saniyə

Hindistanda yaşayan Dharamdev Rama adlı sakin qəribə həyat tərzi ilə diqqət çəkir.

40 yaşlı sakin 22 ildir çimmir. Məlumata görə, hindistanlı dünyadakı pis əməlləri belə boykot etmək qərarına gəlib.

Qohumların və onu tanıyanların israrına baxmayaraq, 40 yaşlı sakin boykot qərarından imtina etməyib. Rama bildirib ki, qadınlara və heyvanlara qarşı zülmə səssiz qalmaq istəməyib. Hindistanlı keçmişdəki dini inanca əsaslanaraq etirazını bu üsulla bildirmək qərarına gəlib.

Həkimlər 22 ildir çimməyən Ramanı müayinə edəndə təəccüblənib. Onun səhhətində narahatlıq yoxdur./Metbuat.az

 679 total views

Next Post

Gürcüstan Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyib

Gürcüstan xarici işlər naziri İlia Darçiaşvili Azərbaycanın Londondakı səfirliyinə qarşı törədilmiş təxribatla əlaqədar azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edib. APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan XİN-in “Aktual.ge” xəbər portalına açıqlamasında bildirilib. Qeyd olunub ki, İlia Darçiaşvili söhbət zamanı ölkəsinin Azərbaycana tam dəstəyini vurğulayıb. “Gürcüstanın xarici işlər naziri […]