Əlvida, Laçın dəhlizi – Sentyabrın 1-dən…

Oxunma vaxtı:32 Saniyə

“Əlvida, Laçın dəhlizi. Laçın yaxınlığından Ermənistanı və Qarabağın dağlıq hissəsini birləşdirəcək yeni yol – dəhliz olmayacaq, sadəcə, yol olacaq. Beləcə, Qərbi Zəngəzur vasitəsilə Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək nəqliyyat xətti = Laçın yolu. Nikol Paşinyan Tehranın dəhlizlə bağlı İrəvana verdiyi qadağanı qəbul edərək Qarabağ erməniləri ilə Ermənistanı birləşdirən Laçın dəhlizini itirmiş oldu. Sentyabrın 1 dən başlayaraq Laçın rayonundan keçəcək yeni yodla giriş – çıxış postları nəzarətimizdə olacaq. Yolda pasport yoxlanış həyata keçiriləcək”.

Bunu politoloq Zaur Məmmədov bildirib.

“Beləcə, Azərbaycan ermənilər üçün vacib strateji əhəmiyyət daşıyan Laçın şəhərini işğaldan azad edir, Laçın dəhlizinin üzərindən isə xətt çəkmiş olur. Üstəlik, Qarabağa giriş – çıxış nəzarətimizə keçir” – Z.Məmmədov qeyd edib.

 535 total views

Next Post

Ərdoğan: "Rublla bağlı Putinlə razılıq əldə etdik"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçi səfərindən qayıdan zaman jurnalistlərin suallarını cavablandırıb. Təbii qazla bağlı Türkiyə ilə Rusiya arasında yeni razılaşma, rusiyalı sənayeçilərin fəaliyyətləri, banklararası ortaqlıq kimi məsələlərlə bağlı suallara cavabında Ərdoğan bildirib ki, sərmayə qoymaq istəyən hər kəsə dəstək verilir. “Türkiyənin hazırda qapısı hər kəsə açıqdır. Kim ölkəmizə sərmayə […]