Ermənilər Laçının bu kəndindən ÇIXARILIR

Oxunma vaxtı:19 Saniyə

Laçın rayonunun Zabux kəndində yaşayan ermənilər bu ayın sonuna qədər ərazini tərk etməlidir.

Modern.az xəbər verir ki, bu barədə Zabux kəndindəki qondarma “Aqavno” icmasının “rəhbəri” Andranik Çavuşyan bildirib.

Onun sözlərinə görə, ermənilərə kənddən çıxmaları üçün avqustun 25-nə qədər vaxt verilib.

Qondarma rejimin “ərazi idarəetmə və infrastruktur naziri” Hayk Xanumyan da Zabuxda olub. O, sakinlərə kəndi tərk etmələri barədə xəbərdarlıq edib.

 275 total views

Next Post

İki hərbçi ordu sıralarından xaric edilib - RƏSMİ

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Süleymanzadə Seymur Əmrah oğlu və Abdullayeva Afət İzariyyə qızının xidmət zamanı smartfon tipli telefon istifadə etməsi, eləcə də şəxsi hesablarında xidmətə aid foto-video görüntüləri paylaşması aşkar edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, adları qeyd olunan hərbi qulluqçular Müdafiə Nazirliyi rəhbərliyinin […]