Azərbaycan Ordusunun əsgəri minaya düşərək həlak olub – RƏSMİ

Oxunma vaxtı:18 Saniyə

Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində avqustun 5-də Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Babək Əsgər oğlu həlak olub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir! Allah rəhmət eləsin!

 122 total views

Next Post

Ermənilər Laçının bu kəndindən ÇIXARILIR

Laçın rayonunun Zabux kəndində yaşayan ermənilər bu ayın sonuna qədər ərazini tərk etməlidir. Modern.az xəbər verir ki, bu barədə Zabux kəndindəki qondarma “Aqavno” icmasının “rəhbəri” Andranik Çavuşyan bildirib. Onun sözlərinə görə, ermənilərə kənddən çıxmaları üçün avqustun 25-nə qədər vaxt verilib. Qondarma rejimin “ərazi idarəetmə və infrastruktur naziri” Hayk Xanumyan da Zabuxda olub. […]