İmişlidə kişinin arvadını bıçaqlaması ilə bağlı cinayət işi başlanılıb

Oxunma vaxtı:22 Saniyə

Rayon prokurorluğundan BiG.AZ-a bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1983-cü il təvəllüdlü Xanoğlan Quliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Günel Abdullayevanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Xanoğlan Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

Loading

Next Post

Azərbaycan əsilli iş adamı Portuqaliya vətəndaşlığı almaq üçün müraciət edib

Azərbaycan əsilli rusiyalı iş adamı Qod Nisanov və israilli iş adamı Lev Levayev Portuqaliya vətəndaşlığı üçün müraciət ediblər və hazırda cavab gözləyirlər. Bu iddia ilə “Politico” nəşri çıxış edib. “Reuters” isə xəbər verib ki, Portuqaliya hakimiyyət orqanları iki oliqarxın vətəndaşlıq ərizələrini araşdırır. Onlardan birinin ABŞ sanksiyaları altında olduğu qeyd edilib. […]