Qarabağa müəyyən olunmuş marşrutlar üzrə bilet satışı portalının işi bərpa edilib – RƏSMİ

Oxunma vaxtı:39 Saniyə

Bu gün işğaldan azad edilmiş ərazilərə müəyyən olunmuş marşrutlar üzrə www.yolumuzqarabaga.az portalında biletlər satışa çıxarıldıqdan bir müddət sonra bir neçə qurum arasında məlumat mübadiləsi zamanı texniki problem yaranıb.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti portalda yaranan problemlə bağlı açıqlamasında deyib.

“Qısa zaman ərzində texniki problem aradan qaldırılıb. Hazırda www.yolumuzqarabaga.az portalın işi bərpa edilib. Vətəndaşlar tərəfindən bilet alışı adi qaydada davam edir”, – məlumatda deyilir.

Bildirilir ki, təhlükəsizliyin təmin edilməsi, işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin bilet alışı prosesi ilə sinxronlaşdırılması, güzəşt tətbiq ediləcək şəxslərin müəyyənləşməsi üçün onlayn bilet satışı portalı müvafiq informasiya sistemlərinə inteqrasiya edilib.

Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərə müəyyən olunmuş marşrutlar üzrə bilet satışı www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada həyata keçirilir.

 574 total views

Next Post

Azərbaycanlı məşhurun avtomobil nömrəsinin qiyməti dodaq uçuqlatdı

Bahalı geyim və aksesuarları ilə seçilən vokal ifaçısı Lətifə Soyuöz bu dəfə avtomobil nömrəsinin qiyməti ilə dillərə düşüb. Bu barədə L.Soyuöz Xəzər TV-də yayımlanan “Şourum” verilişində danışıb. Belə ki, meyxanaçı Aqşin Fateh verilişə müsahibəsi zamanı ona 70 000 manatlıq avtomobil nömrəsi hədiyyə olunduğunu vurğulayıb. Aqşinin müsahibəsinin ardından isə verilişdə qonaq […]