Cəlilabad İcra Hakimiyyətinin əməkdaşı yeni vəzifəyə təyin olunub

Oxunma vaxtı:15 Saniyə

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Loğman Hüseynov yeni vəzifəyə təyin olunub.

“Report” xəbər verir ki, bununla bağlı rayon icra hakimiyyətinin başçısı sərəncam imzalayıb.

Müvafiq sərəncamla o, rayonun Uzuntəpə kəndinə icra nümayəndəsi təyin edilib.

Qeyd edək ki, Uzuntəpə rayonun ən böyük kəndlərindən biridir.

 550 total views

Next Post

Qarabağa müəyyən olunmuş marşrutlar üzrə bilet satışı portalının işi bərpa edilib - RƏSMİ

Bu gün işğaldan azad edilmiş ərazilərə müəyyən olunmuş marşrutlar üzrə www.yolumuzqarabaga.az portalında biletlər satışa çıxarıldıqdan bir müddət sonra bir neçə qurum arasında məlumat mübadiləsi zamanı texniki problem yaranıb. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti portalda yaranan problemlə bağlı açıqlamasında deyib. “Qısa zaman ərzində texniki problem aradan […]