Birinci vitse-prezident Mehriban Əliyeva: Bugünkü bayramı qəhrəman xalq kimi başımız uca qeyd etdiyimizə görə bizim Prezidentimizə, cəsarətli əsgər və zabitlərimizə təşəkkür edirəm! (FOTO)

Oxunma vaxtı:31 Saniyə
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib.
Doğrusöztv.Az xəbər verir ki, paylaşımda deyilir:
“Əziz həmvətənlər!
Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm! Bugünkü bayramı qəhrəman xalq kimi başımız uca qeyd etdiyimizə görə bizim Prezidentimizə, cəsarətli əsgər və zabitlərimizə təşəkkür edirəm! Mərdliyinizə və dözümlülüyünüzə görə çox sağ olun! Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyinizə görə sizə minnətdarıq!

Allah Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə rəhmət eləsin. Belə qəhrəman oğullar böyütmüş ana və ataların qarşısında baş əyir, onlara səbir diləyirəm.

Qoy Vətənimizdə həmişə sülh və əmin-amanlıq hökm sürsün!”

 368 total views

Next Post

Bakıda Silahlı Qüvvələr Günü münasibətilə hərbi orkestrlərin nümunəvi çıxışları keçirilib

Bu gün saat 19:00-dan 21:00-dək isə orkestrlərin nümunəvi çıxışları müəyyənləşdirilmiş altı yerdə – Heydər Əliyev parkı (Heydər Əliyev sarayının qarşısı), “Azneft” dairəsindəki Bayraq meydanı, Muzey Mərkəzi (Bulvar fontanının qarşısı), Zabitlər parkı, Koroğlu parkı və Fəvvarələr meydanında olacaq.  369 total views