FHN hava ilə bağlı əhaliyə müraciət etdi

Oxunma vaxtı:38 Saniyə

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

BiG.AZ xəbər verir ki, müraciətdə deyilir:

“Əvvəlcədən xəbərdarlıq edildiyi kimi, bu gün gündüz saatlarından başlayaraq respublikanın bir sıra ərazilərində hava şəraiti dəyişib, yağıntılı hava müşahidə olunub. Bəzi yerlərdə yağış xüsusilə intensiv xarakter alıb və müəyyən fəsadlar törədib.

Belə ki, FHN-in “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, güclü yağış nəticəsində Goranboy rayonunun Ağcakənd kəndindən qısamüddətli sel keçib və bəzi əraziləri su basıb.

Hadisə ilə bağlı dərhal aidiyyəti qurumlar məlumatlandırılıb, FHN-in müvafiq qüvvələri əraziyə cəlb olunub.

Hazırda göstərilən ərazidə selin fəsadlarının aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək davam edən qeyri-sabit hava şəraiti ilə əlaqədar zəruri təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

 423 total views

Next Post

Prezident İlham Əliyev İsrafil Kərimovu təltif etdi

İsrafil Kərimov təltif edildi. Prezident İlham Əliyevin imzaladığı “Dövlət qulluqçularının təltif edilməsi haqqında” sərəncamda Kərimov İsrafil Ələkbər oğlunun da adı var. Veteninfo.az xəbər verir ki, sərəncama əsasən, İ.Kərimov “Tərəqqi” medalı ilə təltif edilib. Qeyd edək ki, İ.Kərimov uzun illərdir Bakı Şəhər İcra Hakimiyyətində çalışır.  424 total views