Şəmkirdə Milli Qurtuluş Günü qeyd olunub

Oxunma vaxtı:54 Saniyə

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatında 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, təşkilatın nümayəndələri, ərazi partiya təşkilat sədrləri və partiya fəalları iştirak ediblər.

Əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, xalqımızın ümummilli lideri Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  

Tədbirdə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirib ki, Azərbaycan bugünkü uğurlara məhz ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kurs nəticəsində nail olub.

F.Vəliyev vurğulayıb ki, 1993-cü ilin iyununda yaranmış ağır vəziyyətdə xalqın təkidli tələbi ilə Ulu Öndərin ikinci dəfə hakimiyyətə gəlişi Azərbaycanın həm siyasi, həm iqtisadi, həm də sosial-mədəni qurtuluşunun əsasını qoydu. Təşkilat sədri Milli Qurtuluş Günündən başlayan inkişaf yolunun Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini söyləyib.

Partiya fəalları Milli Qurtuluş Günündən başlanan yolun zirvəsində tarixi Zəfərimizin dayandığını söyləyiblər. Qeyd olunub ki, Vətən müharibəsində qazanılan şanlı Qələbə nəticəsində 30 ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımızın azad edilməsi tariximizə qızıl hərflərlə yazılıb.


Loading

Next Post

Neft ucuzlaşdı

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin avqust müqaviləsinin dəyəri 0,17 dollar və ya 0,14% azalaraq 1 barelə görə, 122,01 dollar təşkil edib. Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyulunda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,04 dollar və ya 0,03% […]