Cəbrayılda yol qəzası – Ölən və yaralananlar var

alfonsonri
Oxunma vaxtı:20 Saniyə

Cəbrayıl rayonunda avtomobillər toqquşub, ölən və yaralananlar var.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Hadisə iyunun 9-u saat 18 radələrində rayonun Qumlaq kəndində qeydə alınıb.

Belə ki, Zamiq Əliyevin idarə etdiyi “Niva” və R.İsayevin idarə etdiyi “Great Wall Wingle” markalı avtomobillər toqquşub. Nəticədə Z.Əliyev hadisə yerində ölüb, sərnişini və digər sürücü xəstəxanaya yerləşdiriliblər.

Cəbrayıl Rayon Polis Şöbəsində araşdırma aparılır.

Loading

Next Post

"Azərbaycanda inflyasiya qaçılmazdır" - Deputat

Qlobal iqtisadiyyatdakı çətinliklər özünü ərzaq bazarında qıtlıq və qiymət artımları ilə göstərir.  Dogrusoztv.az  xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi qlobal ərzaq bazarındakı tarazlığı pozub.  “Hər iki ölkənin dünya buğda ixracatında birgə payı 30 faiz, qarğıdalı, mineral gübrələrdə satışında isə 20 faiz idi. […]