Zabit Səmədov Venesuela prezidenti ilə görüşdü

alfonsonri
Oxunma vaxtı:35 Saniyə

Azərbaycanlı kikboksçu Zabit Səmədov Venesuela prezidenti Nikolas Maduro ilə görüşüb.

 59 yaşlı prezident həyat yoldaşı Siliya Floreslə birgə “Kuruluş Osman” serialının yaradıcı heyəti ilə görüşüb.

O, bu serialın sadiq tamaşaçısı kimi rəğbətini gizlətməyib və aktyorları yaxşı tanıdığını bildirib. Maduro Gəncə bəy rolunu oynayan Zabit Səmədovla da görüşüb və onu bəyəndiyini qeyd edib. Görüş zamanı zarafatlarından qalmayan, serial qəhrəmanlarının baş geyimini taxan Maduro daha sonra “Instagram” hesabında bu seriala baxmağı tövsiyə edib:

“Kuruluş Osman” serialının aktyorları ilə görüşə münasibətim. Mən sadiq fanatam! Əgər bu seriala baxmamısınızsa, onu çox tövsiyə edirəm”.

Qeyd edək ki, Nikolas Maduro dünən Türkiyədə rəsmi səfərdə olub. O, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Maduro daha sonra Afrikaya – Əlcəzairə səfər edib.

Loading

Next Post

Məzunlara “Son zəng” müjdəsi

Ümumi təhsil müəssisələrində “Son zəng” tədbiri iyunun 14-də keçiriləcək. Bununla bağlı Təhsil Nazirliyi məlumat yayıb. Əmrə əsasən, “Son zəng” tədbiri hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunacaq. “Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələri […]