Prezident yol tikintisinə 1 milyon manat ayırdı

alfonsonri
Oxunma vaxtı:26 Saniyə

Prezident İlham Əliyev Saatlı rayonunun Məmmədabad–Genişkənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, dörd min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Məmmədabad–Genişkənd avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Loading

Next Post

Vətən müharibəsi qazilərinin sayı açıqlanıb

Azərbaycanda 12721-dən artıq Vətən müharibəsi qazisi və 80 mindən artıq müharibə iştirakçısı var. Bunu Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli deyib. Agentlik sədri bildirib ki, indiyə qədər bu kateqoriyadan olan 17 min şəxslə bilavasitə iş aparılıb və 12 188 şəxs özünüməşğulluq proqramlarına cəlb olunub. M.Abbasbəyli qeyd edib ki, bu il […]