Məzunlara “Son zəng” müjdəsi

alfonsonri
Oxunma vaxtı:20 Saniyə

Ümumi təhsil müəssisələrində “Son zəng” tədbiri iyunun 14-də keçiriləcək.

Bununla bağlı Təhsil Nazirliyi məlumat yayıb.

Əmrə əsasən, “Son zəng” tədbiri hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunacaq.

“Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələri iştirak edə bilərlər. “Son zəng” müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görüləcək.

Loading

Next Post

DYP-dən avtoxuliqanlara XƏBƏRDARLIQ

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) toy karvanlarında avtoxuliqanlıq edən sürücülərə xəbərdarlıq edib. BDYPİ-dən daxil olan xəbərdarlıqda deyilir: “Yeni ailə quran gənclərin sevincinə şərik olmaq niyyəti ilə toy karvanlarına qoşulan şəxslər digər hərəkət iştirakçılarına münasibətdə heç bir üstünlüyə malik olmadıqlarını unutmamalı, əksinə bir neçə nəqliyyat vasitəsinin ahəngdar hərəkəti zamanı şəraitin daha […]