İlham Əliyev İran Prezidentinə başsağlığı VERDİ

alfonsonri
Oxunma vaxtı:21 Saniyə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran Prezidenti İbrahim Rəisiyə başsağlığı ünvanlayıb.

Başsağlığında deyilir:

“Hörmətli cənab Prezident,

Məşhəd-Yəzd istiqamətində hərəkət edən sərnişin qatarının qəzaya uğraması nəticəsində insanların həlak olması və xəsarət alması barədə xəbər bizi son dərəcə kədərləndirdi.

Bu ağır faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.

Loading

Next Post

Azərbaycan neftinin qiyməti 131 dolları ötdü

Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti artıb.  Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,13 ABŞ dolları və ya 0,87% artaraq, 131,15 dollar təşkil edib.