Bakı metrosunda sərnişin siqaret çəkdi – Video

alfonsonri
Oxunma vaxtı:54 Saniyə

Metroda sərnişinlərdən biri siqaret çəkib.

Dogrusoztv.az Oxu.az-a istinadən xəbər verir ki, sözügedən məsələ ilə bağlı video sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, metropolitendə yeni qatarlardan birində orta yaşlı bir kişi sərnişin vaqonunun ortasında siqaret yandırır. Ətrafdakı xanım sərnişinlər yerlərindən duraraq oradan uzaqlaşırlar, digər iki sərnişin isə kişiyə yaxınlaşaraq siqaret çəkməsinin qarşısını almağa çalışır.

Metroda tütün məhsullarının istifadəsi qanunla qadağandır. Bu kimi hallar sadəcə qanun pozuntusu deyil, bütün sərnişinlər üçün həyati təhlükə yarada bilər.

Məsələ ilə bağlı Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, bu istiqamətdə araşdırma aparılır:

“Hadisənin nə zaman, hansı stansiyada, hansı vaqonda baş verdiyi aidiyyəti şöbə tərəfindən araşdırılır. Lakin paralel olaraq sərnişinlərimizin bu kimi hallarla qarşılaşdıqları zaman maşinist rabitəsi vasitəsilə maşinistlə əlaqə saxlayıb məlumat vermələri tövsiyə olunur. Eyni zamanda qatar stansiyaya girdiyi zaman həmin qayda pozan sərnişin və ya sərnişinlərə narahatlıq yaradan hər-hansı bir durum barədə metropoliten əməkdaşlarına və metro polisinə də məlumat vermələri arzuolunandır. Bu kimi hallarda bənzər problemlər daha tez müəyyənləşir və aradan qaldırılır. Sözügedən video ilə bağlı araşdırmanın yekun nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.

Loading

Next Post

Azərbaycanda vəzifəli şəxslər HƏBS EDİLDİ

Respublikanın bəzi şəhər və rayonlarında torpaqların özəlləşdirilməsi zamanı  qanunsuz əməllərə yol vermiş Əmlak Məsələləri Dövlət Xidmətinin və bələdiyyələrin vəzifəli şəxsləri məsuliyyətə cəlb edilib.Bu barədə  Baş Prokurorluqdan məlumat verilib. Məlumat verildiyi kimi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və bələdiyyələrin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya […]