Azərbaycanda dönərdən kütləvi ZƏHƏRLƏNMƏ

alfonsonri
Oxunma vaxtı:17 Saniyə

Şəmkirdə kütləvi zəhərlənmə qeydə alınıb.
Hadisə rayonun 5-ci küçəsində yerləşən “Mahmud” dönər satışı məntəqəsində qeydə alınlb.
Belə ki, 2-si uşaq olmaqla 10-a yaxın şəxs zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, dərhal onlara yardım göstərilib.
Vəziyyətlərinin kafi olduğu bildirilir.
Zəhərlənən şəxslərin sözlərinə görə, onlar dönər yedikdən sonra özlərini pis hiss ediblər.
Faktla bağlı araşdırma aparılır.

Loading

Next Post

Azərbaycan neftinin qiyməti 130 dolları ötdü

Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti artıb.  Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,08 ABŞ dolları və ya 1,63% artaraq 130,02 dollar təşkil edib.