Azərbaycan XİN Lavrova CAVAB VERDİ

alfonsonri
Oxunma vaxtı:29 Saniyə

XİN Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in Rusiya Federasiyasının xarici işlər nazirinin Ermənistana səfəri çərçivəsində keçirilən mətbuat konfransında Xocalı rayonunun Fərrux kəndi ilə əlaqəli vəziyyətin Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası kontekstində nəzərdən keçiriləcəyinə dair fikrini şərh edib.

Leyla Abdullayeva qeyd edib ki, Azərbaycan və Ermənistan tərəfindən təsis edilmiş delimitasiya komissiyalarının fəaliyyəti əvvəlcədən nəzərdə tutulduğu kimi məhz iki ölkənin dövlət sərhədinin delimitasiyası məqsədini güdür.

“Bu proses çərçivəsində Azərbaycan-Ermənistan dövlət sərhədindən kənar hər hansı bir məsələyə, o cümlədən Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərlə bağlı məsələyə baxılması nəzərdə tutulmur”, – XİN rəsmisi vurğulayıb.

Loading

Next Post

Polşa prezidenti Putini Hitlerə bənzətdi

Polşa prezidenti Anjey Duda Fransa və Almaniya liderlərinin Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı müharibə ilə bağlı danışıqlarını sərt şəkildə tənqid edib.Bu barədə Duda “Bild” qəzetinə müsahibəsində danışıb.Polşa lideri Vladimir Putini Adolf Hitlerə bənzədib. “Hazırda Putinlə aparılan bütün danışıqlar məni heyrətə gətirir. Xüsusilə də Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel […]