Norveç Ukraynaya 22 M109 zirehli haubitsa verib

alfonsonri
Oxunma vaxtı:34 Saniyə

Norveç hökuməti Ukraynaya 22 ədəd M109 özüyeriyən zirehli haubitsa təhvil verib.

Bu barədə Norveç hökuməti məlumat yayıb.

Bildirilir ki, avadanlıq, ehtiyat hissələri və 155 mm-lik sursat da daşınıb. Bundan əlavə, Norveç ukraynalı hərbçilərə M109-dan istifadə qaydalarını öyrədib.

“Ukrayna silahlı qüvvələri Qərbin dəstəyinə ümid edir və Rusiyanın hücumlarına qarşı çıxmaq üçün silah və texnikaya ehtiyac duyur. Ukrayna bu tip silahları xüsusi olaraq dəvət edib. Ukraynada müharibənin inkişafı indi onu göstərir ki, həm də daha ağır artilleriya və silah sistemlərinin ötürülməsi lazımdır”, – Norveçin müdafiə naziri Byorn Arild Qram bildirib.

Qeyd edilir ki, artilleriya bölmələri artıq Norveçdən göndərilib. Təhlükəsizlik məqsədilə Norveç hökuməti bu silahların Ukraynaya təhvil verilməsini açıq elan etmək üçün fasilə verib.

Loading

Next Post

Azərbaycanda dönərdən kütləvi ZƏHƏRLƏNMƏ

Şəmkirdə kütləvi zəhərlənmə qeydə alınıb.Hadisə rayonun 5-ci küçəsində yerləşən “Mahmud” dönər satışı məntəqəsində qeydə alınlb.Belə ki, 2-si uşaq olmaqla 10-a yaxın şəxs zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, dərhal onlara yardım göstərilib.Vəziyyətlərinin kafi olduğu bildirilir.Zəhərlənən şəxslərin sözlərinə görə, onlar dönər yedikdən sonra özlərini pis hiss ediblər.Faktla bağlı araşdırma aparılır.