Azərbaycanda maska tələbi yenidən tətbiq olunur? – XƏBƏRDARLIQ

alfonsonri
Oxunma vaxtı:22 Saniyə

“Azərbaycanla qonşu ölkələrdə meymunçiçəyi virusuna yoluxanlar varsa, deməli, təhlükə ölkəmizə daha da yaxınlaşıb”.
Bu sözləri “ARB24″də yayımlanan “Nə Baş Verir?” verilişində qonaq olan Səhiyyə Nazirliyinin eksperti Ləman Qalimova bildirib.
Ekspert əlavə edib ki, uçuş zamanı və digər sıx yerlərdə olarkən əhalinin maskadan istifadə etməsi daha yaxşı olar: “Qadağa götürüldüyü üçün insanlar rahatlığa çıxıblar. Maskadan qətiyyən istifadə olunmur. Lakin bilməliyik ki, əgər sərhəd ölkədə bu virusa rast gəlinibsə, bizim ölkəyə gəlmə şansı da yüksəlib”.

Loading

Next Post

Sabah 36 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında iyunun 9-da hava şəraiti əsasən yağmursuz keçəcək. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-21° isti, gündüz 25-29° isti olacaq. Bakıda gecə 19-21° isti, gündüz 27-29° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət […]