Azərbaycan və Ermənistan liderləri sərhədlərin delimitasiyası məsələsini müzakirə ediblər

Admintrator
Oxunma vaxtı:34 Saniyə

Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilən üçtərəfli görüşdə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın işinə başlamaq barədə razılığa gəlinib.

Bunu Avropa İttifaqı Şurasının sədri Şarl Mişel Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüşdən sonra mətbuata bəyanatla çıxışında deyib.

“Müzakirələr nəticəsində regional kommunikasiyaların açılması istiqamətində işlərin gələcək prosesi, (Ermənistan-Azərbaycan – red.) sərhədinin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyanın işinə başlanması barədə razılıq əldə olunub. Yaxın günlərdə dövlətlərarası sərhəddə Sərhəd Komissiyalarının ilk birgə iclası keçiriləcək. O, sərhədin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün məsələləri həll edəcək”, – deyə o, qeyd edib.

 219 total views

Next Post

İrəvanda Paşinyanın istefası tələbi ilə növbəti avtoyürüş - VİDEO

Ermənistanda “Müqavimət” hərəkatının iştirakçıları səhər saatlarından etibarən İrəvan küçələrində Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması tələbi ilə itaətsizlik aksiyaları və avtomobil yürüşləri keçirirlər.  Dogrusoztv.az  xəbər verir ki, bu  barədə erməni KİV-ləri məlumat yayıb.  220 total views