İmtahanda “qeyri-məqbul” alan abituriyentlərə – Çağırış

Admintrator
Oxunma vaxtı:40 Saniyə

Mayın 8-də keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanında “qeyri məqbul” alan, lakin ali və orta ixtisas təhsili müəssisələrinin (11 illik bazada) xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərə qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçməyə icazə verilir.
Bu haqda DİM məlumat yayıb.
İmtahandan “məqbul” alan abituriyentlərlə yanaşı, “qeyri-məqbul” alan abituriyentlər də qabiliyyət imtahanlarında iştirak etmək üçün 27 may saat 23:59-dək verilən link (http://eservices.dim.gov.az/qabiliyyet) vasitəsilə qeydiyyatdan keçə bilərlər. Lakin bu imtahandan “qeyri-məqbul” alan abituriyentlərin nəzərinə çatdırırıq ki, onlar 12 iyun tarixində keçiriləcək ikinci Azərbaycan dili imtahanında iştirak etməli və “məqbul” qiymət almalıdırlar. İkinci imtahana qeydiyyat tarixləri elan olunacaq. 
Xatırladaq ki, ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanından “məqbul” qiymət alan abituriyentlər iştirak edə bilərlər.

 30 total views

Next Post

Küləkli və yağıntılı hava nə vaxtadək davam edəcək?

Küləkli və yağıntılı hava şəraiti mayın 21-i səhər saatlarındək davam edəcək. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumatda deyilir. Bildirilib ki, 21-i gündüz, 22-də Bakıda və Abşeron yarımadasında, bölgələrdə havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.  31 total views