Nazir Polis Akademiyası rəisinin birinci müavinini təqaüdə göndərdi

Hüquq elmləri doktoru, polis polkovniki Mahir Əhmədov Daxili İşlər Nazirliyinin Polis Akademiyası rəisinin birinci müavini vəzifəsindən azad olunub. “Report”un əldə etdiyi məlumata görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, M.Əhmədov daxili işlər orqanlarında xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Su üzrə tariflərlə bağlı YENİ TƏKLİF

“Azərbaycanda sudan düzgün istifadədə dəqiq uçotun aparılması təmin edilməlidir”. “Report” xəbər verir ki, bunu “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini Zakir Quliyev deyib. O, martın 28-də Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Sudan ödənişli istifadə Qaydaları”na münasibət bildirərkən deyib. Z.Quliyev qeyd edib ki, dünyada qlobal iqlim dəyişikliyi fonunda ümumiyyətlə su resursları günbəgün […]