Partlayış bu səbəbdən baş verib – “Azəriqaz” partlayışla bağlı daha bir MƏLUMAT YAYDI – FOTO

Oxunma vaxtı:23 Saniyə
Dogrusoztv.az

Səbail rayonu, T.Əliyarbəyov 13 a ünvanında, “Goumet” restoranında gecə saatlarında partlayış baş verib. Partlayışın maye qaz balonunda yaranmış sızma nəticəsində baş verməsi ehtimal olunur.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Belə ki, müəssisənin daxilində propan qaz balonları (3 ədəd) qoşulmuş istifadə olunan vəziyyətdə aşkar olunub. Qeyd olunan obyekt təbii qaz istifadəçisi deyil. Həmçinin yaxınlığında yeraltı qaz xətləri mövcud deyil. Təhlükəsizlik məqsədilə qeyd olunan ərazinin qaz təchizatı dayandırılıb. Ölən və yaralananlar var.

Partlayış bu səbəbdən baş verib - "Azəriqaz" partlayışla bağlı daha bir MƏLUMAT YAYDI - FOTO
Partlayış bu səbəbdən baş verib - "Azəriqaz" partlayışla bağlı daha bir MƏLUMAT YAYDI - FOTO

 903 total views

Next Post

Su üzrə tariflərlə bağlı YENİ TƏKLİF

“Azərbaycanda sudan düzgün istifadədə dəqiq uçotun aparılması təmin edilməlidir”. “Report” xəbər verir ki, bunu “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini Zakir Quliyev deyib. O, martın 28-də Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Sudan ödənişli istifadə Qaydaları”na münasibət bildirərkən deyib. Z.Quliyev qeyd edib ki, dünyada qlobal iqlim dəyişikliyi fonunda ümumiyyətlə su resursları günbəgün […]