Lavrov müharibənin bitəcəyi tarixi AÇIQLADI

Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı məqsədlərə çatanda bitəcək. Redaktor.az xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Əl-Ərəbiyyə telekanalına müsahibəsində deyib. Rusiyanın baş diplomatı əməliyyatın mayın 9-na kimi başa çatması ehtimalına aid sualı cavblandırıb. “Sizə təsvir etdiyim məqsədlər həyata keçirildikdən və nəticələr olandan sonra əməliyyatlar başa çatacaq”, deyə nazir bildirib.

Sabahdan bu marşrutlarda pulsuz WiFi olacaq

“BakuBus” MMC-nin istismarında olan 5 və 7A nömrəli marşrut xətləri üzrə hərəkət edən avtobuslar pulsuz WiFi xidmətinə qoşulub. BiG.AZ xəbər verir ki, cəmiyyət tərəfindən bu istiqamətdə aparılan testlər uğurla başa çatıb və sərnişinlər aprelin 30-dan bu xidmətdən yararlana biləcəklər. “BakuBus” MMC-nin istismarında olan digər marşrut xətləri üzrə hərəkət edən avtobusların da pulsuz WiFi xidmətinə […]

DSX Akademiyasının kursantı onkoloji xəstəlikdən vəfat edib

Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının 4-cü kursunda təhsil alan, 2001-ci il təvəllüdlü kursant Nağıyev Murad Müslüm oğlu aprel ayının 13-də müalicə aldığı tibb müəssisəsində onkoloji xəstəlikdən vəfat edib. Bu barədə BiG.AZ-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, həkimlər tərəfindən zəruri müalicə tədbirlərinin görülməsinə baxmayaraq hərbi qulluqçunun həyatını xilas etmək mümkün olmayıb. Allah […]

Nazir Polis Akademiyası rəisinin birinci müavinini təqaüdə göndərdi

Hüquq elmləri doktoru, polis polkovniki Mahir Əhmədov Daxili İşlər Nazirliyinin Polis Akademiyası rəisinin birinci müavini vəzifəsindən azad olunub. “Report”un əldə etdiyi məlumata görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, M.Əhmədov daxili işlər orqanlarında xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Su üzrə tariflərlə bağlı YENİ TƏKLİF

“Azərbaycanda sudan düzgün istifadədə dəqiq uçotun aparılması təmin edilməlidir”. “Report” xəbər verir ki, bunu “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini Zakir Quliyev deyib. O, martın 28-də Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Sudan ödənişli istifadə Qaydaları”na münasibət bildirərkən deyib. Z.Quliyev qeyd edib ki, dünyada qlobal iqlim dəyişikliyi fonunda ümumiyyətlə su resursları günbəgün […]

Partlayış bu səbəbdən baş verib – “Azəriqaz” partlayışla bağlı daha bir MƏLUMAT YAYDI – FOTO

Səbail rayonu, T.Əliyarbəyov 13 a ünvanında, “Goumet” restoranında gecə saatlarında partlayış baş verib. Partlayışın maye qaz balonunda yaranmış sızma nəticəsində baş verməsi ehtimal olunur. Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Belə ki, müəssisənin daxilində propan qaz balonları (3 ədəd) qoşulmuş istifadə olunan vəziyyətdə aşkar olunub. Qeyd olunan obyekt təbii qaz istifadəçisi […]

Türkiyə XİN-dən Azərbaycana başsağlığı mesajı

“Bakıda bu gecə baş verən partlayış nəticəsində ölənlərin və yaralıların olduğunu üzüntü ilə öyrəndik. Azərbaycandakı qardaşlarımızın acısını paylaşırıq, həyatını itirənlərə rəhmət, ailələrinə başsağlı və səbir, yaralılıara tezliklə şəfa tapmağı diləyirik”. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi “Twitter” səhifəsində yazıb.(oxu.az)

Azərbaycanda iki rayon ləğv edildi

Prezident İlham Əliyev “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanunu təsdliqləyib.Qaynarinfo xəbər verir ki, dəyişikliyə əsasən, Gəncə şəhərinin tərkibindəki Kəpəz və Nizami rayonları ləğv edilərək Azərbaycanın ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılıb.Ləğv edilmiş Nizami rayonunun tərkibindəki 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri müvafiq olaraq Gəncə şəhəri […]

Əli Əsədov yeni qərar imzaladı: MÜDDƏT UZADILDI

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib. “Report”un xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliklə COVID-19-la mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti 2022-ci il mayın 1-dək uzadılıb. Qeyd edək ki, […]

XİN başçısı: “Ermənistandan sülh sazişi ilə bağlı müsbət mesajlar eşidirik”

“Son günlər Ermənistandan sülh sazişi ilə bağlı müsbət mesajlar eşidirik”.”Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın XİN başçısı Luici Di Mayo ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.Azərbaycanın xarici işlər naziri bildirib ki, italiyalı həmkarına Azərbaycan tərəfinin Ermənistanla münasibətlərin sabitləşməsi üçün irəli sürdüyü bütün addımlar […]