Bakıda kişi 27 yaşlı arvadını dəhşətli şəkildə öldürdü

Oxunma vaxtı:31 Saniyə

Xəzər rayon Prokurorluğu Bakıda qadının qətli ilə bağlı məlumat yayıb.Prokurorluqdan BiG.AZ-a daxil olan məlumatda deyilir:”Martın 13-də Xəzər rayonu Binə qəsəbəsi ərazisində 1995-ci il təvəllüdlü Ülviyyə Həsənovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1987-ci il təvəllüdlü Saməddin Həsənovun qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı Ülviyyə Həsənovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.Samməddin Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir”.

 861 total views

Next Post

19-u iş günüdürmü? - RƏSMİ

Dövlət Əmək Müfəttişliyi Xidməti martın 19-nun qeyri-iş günü olub-olmaması ilə bağlı məsələyə aydınlıq gətirib. “Report”un məlumatına görə, Dövlət Xidmətinin mətbuat katibi Aynur Osmanqızı xatırladıb ki, Nazirlər Kabinetinin “2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2022-ci il mart ayının 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. […]