Ağsuda sələmçi qardaşları bıçaqlayan şəxslərə cinayət işi açılıb

Oxunma vaxtı:39 Saniyə

Ağsu rayonunda sələmçi qardaşlar – Zəka və Orxan Fazilzadəni bıçaqlayan şəxslərə cinayət işi açılıb.

Bu barədə BiG.AZ-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, hadisəyə görə tutulan Amil Quliyev, Üzeyr Şirazlı, Fəxrəddin Bayraməlizadə və Alı Nəcəfliyə Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda ibtidai istintaq davam edir.

Qeyd edək ki, hadisə fevralın 10-da Ağsu şəhəri ərazisində qeydə alınıb.

Belə ki, Zəka və O.Fazilzadə qardaşları sələmə verdikləri pula görə A.Quliyev, Ü.Şirazlı, F.Bayraməlizadə, A.Nəcəfli ilə aralarına mühahisə yaranıb. Bu zaman A.Quliyev O.Fazilzadənin ayaq nahiyyəsinə 1 dəfə və F.Bayraməlizadə isə Z.Fazilzadənin bədəninin müxtəlif nahiyyələrinə 6 dəfə bıçaqla xəsarəti yetirib.

Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralılar əməliyyat olunublar.

Hadisəni törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

 670 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Prezident İlham Əliyev 8 Mart Qadınlar Günü ilə bağlı paylaşım etdi - FOTO

Prezident İlham Əliyev 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə sosial media hesabında paylaşım edib. Həmin paylaşımı təqdim edirik: Bu gönderiyi Instagram'da gör @presidentaz'in paylaştığı bir gönderi  671 total views