“Azərişıq” Kəlbəcərdəki hərbi hissələrə işıq çəkir

Oxunma vaxtı:22 Saniyə

“Azərişıq” ASC Kəlbəcərdə yerləşən N saylı hərbi hissələri elektrik enerjisi ilə təchiz etməyə başlayıb.

“Report”un bununla bağlı əldə etdiyi videokadrlardan səhmdar cəmiyyətijnin Kəlbəcər rayonundakı “Alagöllər” ərazisində qarlı və şaxtalı havada elektrik enerjisi xətlərinin çəkilişi ilə məşğul olduğu görünür.

Qurum əməkdaşları bildirir ki, hava şəraitinin qeyri-sabit olmasına baxmayaraq 35KV-luq xətlərin muftalanması (montajı) prosesi həyata keçirilir.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin elektrik enerjisi ilə təchizatı “Azərişıq Qarabağda” layihəsi çərçivəsində həyata keçirilir.

 581 total views

Next Post

Telekommunikasiya Qovşağının rəisi SAXLANILDI (YENİLƏNİB)

Sumqayıt Telekommunikasiya Qovşağından “Unikal”a bildirilib ki, idarəyə giriş-çıxış dayandırılıb: “Hazırda idarəyə heç kim buraxılmır. Qovşağın əməkdaşları da idarədə saxlanılır. Rəis Nəriman Salmanovun isə hazırda harada olduğunu bilmirik”.   582 total views