Ombudsman Şuşanın Malıbəyli və Quşçular kəndlərindəki qətliamlarla bağlı beynəlxalq ictimaiyyətə çağırış edi

Oxunma vaxtı:59 Saniyə

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən Şuşanın Malıbəyli və Quşçular kəndlərində azərbaycanlılara qarşı törədilmiş qətliamlarla bağlı beynəlxalq ictimaiyyətə çağırış edib.
Bu barədə AZƏRTAC-a Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Şuşanın Malıbəyli və Quşçular kəndlərində ermənilər tərəfindən törədilmiş qətliamlardan 30 il ötür.
Tarix boyu Ermənistanın Azərbaycanlılara qarşı yürütmüş olduğu etnik təmizləmə və soyqırımı siyasəti dinc əhalinin kütləvi şəkildə qətlə yetirilməsi ilə nəticələnən cinayətlərə səbəb olub. İnsanlıq və bəşəriyyət əleyhinə yönəlmiş bu çirkin siyasətin qurbanlarından biri də Malıbəyli və Quşçular kəndlərində yaşamış dinc azərbaycanlı ailələr olub. 1992-ci il 10-12 fevral tarixlərində erməni silahlı birləşmələri Şuşa rayonunun Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərində soyqırımı cinayəti törədərək, aralarında uşaq, qadın və ahıl insanlar olmaqla, 50-yə yaxın dinc azərbaycanlını qətlə yetirib, kəndləri tamamilə yandırıb.
Cəzasızlıq mühitindən istifadə edərək erməni silahlı birləşmələri Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərində törətmiş olduqları qətliamdan sonra da öz çirkin əməllərini davam etdirərək, Qaradağlı, Ağdaban və əsrin ən böyük faciələrindən biri olan Xocalı soyqırımını törətdilər.
“İnanıram ki, insanlıq və bəşəriyyət əleyhinə yönəlmiş ən qatı cinayətləri törətmiş erməni silahlı birləşmələrinin üzvləri və Ermənistanın hərbi-siyasi rəhbərliyi tezliklə beynəlxalq hüquqi məsuliyyətə cəlb ediləcək”, – deyə ombudsman müraciətində vurğulayıb.

 628 total views

Next Post

Vəzifəsindən uzaqlaşdırılan icra başçısı danışdı: "Kim deyirsə kasıb icra başçısıyam..."

Ötən gün Azərbaycan Boks Federasiyasına yeni prezident seçilib. Federasiyanın vitse-prezidentlərində və idarə heyətində də dəyişikliklər olub. Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov öz postundan uzaqlaşdırılıb. Federasiyadan uzaqlaşdırılması ilə bağlı Manset.az-a açıqlama verən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bunu öz səhhəti ilə əlaqələndirib. “Mən […]