Ermənistan delimitasiya və demarkasiya ilə bağlı ilkin şərtlər qoymağa cəhd edir – Nazir

Oxunma vaxtı:30 Saniyə

Azərbaycan Ermənistanla sərhədin delimitasiya və demarkasiya prosesinə qeyd-şərt olmadan başlamağa hazırdır. Mən bugünkü görüşdə bu məsələni Moldovalı həmkarımın diqqətinə çatdırdım.

Doğrusöztv.Az-ın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya naziri Niku Popesku ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycan və Ermənistan arasında normallaşma barədə danışarkən sərhədlərin delimitasiya və demarkasiyası məsələsi həllini tapmalıdır.

“Azərbaycan heç bir qeyd-şərt olmadan komissiyanın fəaliyyətinə hazırdır, lakin Ermənistan tərəfi komissiyanın fəaliyyətə başlaması üçün ilkin şərtlər qoymağa cəhd edir.

Ancaq belə yanaşma heç bir müsbət dinamikaya xidmət etmir”, – deyə nazir bildirib.

Loading

Next Post

UNESCO Azərbaycan, Fransa, Aİ Şurası və Ermənistan rəhbərlərinin görüşündə irəli sürülmüş təklifləri nəzərdən keçirə bilər

UNESCO Azərbaycan, Fransa, Aİ Şurası və Ermənistan rəhbərlərinin görüşündə irəli sürülmüş təklifləri nəzərdən keçirə bilər. Doğrusöztv.Az bildirir ki, bu barədə Trend-ə UNESCO-dan bildiriblər. Qeyd edək ki, fevralın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının […]