Ukraynada həlak olan azərbaycanlıların kimliyi məlum oldu

Ukraynanın Odessa şəhərində həlak olan azərbaycanlıların kimliyi məlum olub. Doğrusöztv.Az Milli.Az -a istinadən bildirir ki, onlar Rəhim İsmayılov, Qabil İsmayılov və Nemət İsmayılovdur. Hər üç şəxs yaxın qohumdurlar. Xatırladaq ki, ötən gecə Odessa şəhərini tərk etmək istəyən həmvətənlərimizin avtomobil karvanı diversiya qrupu tərəfindən atəşə tutulub. Nəticədə 3 azərbaycanlı dünyasını dəyişib.

Zelenski Rusiyaya danışıq yeri üçün Bakını təklif etdi

“Varşava, İstanbul, Bakı – biz bu şəhərləri danışıqlar üçün Rusiyaya təklif etmişik. Və raketlərin Ukraynaya uçmadığı hər hansı digər şəhər”. Doğrusöztv.Az xəbər verir ki, bunları Ukrayna Prezidenti Volodimir Zelenski deyib. Zelenski bildirib ki, Kiyev Rusiya ilə sülh və danışıqlar istəyir. Ukrayna lideri belaruslulara müraciət edərək, ölkənin yenidən mehriban və təhlükəsiz […]

XİN-dən Ukraynadakı Azərbaycan vətəndaşlarının təxliyəsi ilə bağlı AÇIQLAMA

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Ukraynanı tərk edərək qonşu dövlətlərə daxil olan Azərbaycan vətəndaşlarının təxliyyə olunması ilə bağlı məlumat yayıb. Doğrusöztv.Az bildirir ki, Nazirliyin Mətbuat xidməti idarəsindən daxil olan məlumata görə, Ukraynadakı vəziyyətlə əlaqədar, ölkəni tərk edərək qonşu dövlətlərə daxil olan Azərbaycan vətəndaşlarının təxliyəsini həyata keçirmək üçün bu ilin 28 […]

Rəsmi Bakıdan Ukraynada yaşayan azərbaycanlılara MÜRACİƏT

Azərbaycan Xarici İşlər Nazirliyi Ukraynada yaşayan azərbaycanlılara müraciət edib. Bu barədə BiG.AZ-a Azərbaycan XİN-dən məlumat verilib. XİN Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədə daimi və müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarına müraciət edərək onlardan hərbi qüvvələrin cəmləşdiyi ərazilərə (Ukraynanın şərq bölgəsində yerləşən sərhəd vilayətlərinə) səyahət etməməyi, habelə ölkə ərazisindəki hərbi obyektlərdən uzaq olmalarını tövsiyə […]

Mehriban Əliyeva Simonyanı susdurdu – VİDEO

Fevralın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev TASS agentliyində bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşüb. Görüşdə Birinci vitse-prezident Mehriban Əliyeva da iştirak edib. Görüş zamanı Mehriban Əliyeva “RT” telekanalının və “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş redaktoru Marqarita Simonyanın guya Azərbaycanda etnik prinsipə görə ölkəyə girişə qadağa […]

“Azərişıq” Kəlbəcərdəki hərbi hissələrə işıq çəkir

“Azərişıq” ASC Kəlbəcərdə yerləşən N saylı hərbi hissələri elektrik enerjisi ilə təchiz etməyə başlayıb. “Report”un bununla bağlı əldə etdiyi videokadrlardan səhmdar cəmiyyətijnin Kəlbəcər rayonundakı “Alagöllər” ərazisində qarlı və şaxtalı havada elektrik enerjisi xətlərinin çəkilişi ilə məşğul olduğu görünür. Qurum əməkdaşları bildirir ki, hava şəraitinin qeyri-sabit olmasına baxmayaraq 35KV-luq xətlərin muftalanması […]

Baş nazir süni qiymət artımı ilə bağlı iclas keçirdi – FOTO

Fevralın 17-18-də Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən İqtisadi Şuranın növbəti iclasında ölkədə antiinflyasiya tədbirlərinin gücləndirilməsi məsələsi əsas diqqət mərkəzində olub. Nazirlər Kabinetindən verilən məlumata görə, toplantıda dünya ərzaq bazarlarında məhsulların qiymətlərində kəskin bahalaşmanın ölkədə işgüzar fəallığa, əhalinin rifahına və alıcılıq qabiliyyətinə mənfi təsirinin qarşısının alınması məqsədilə təxirəsalınmaz antiinflyasiya […]

DİN və Daxili Qoşunlar üzrə hərbi qulluqçulara “Müharibə veteranı” adı verildi: Təqaüd təyin edildi

Prezident İlham Əliyevin 29 dekabr 2021-ci il tarixli Sərəncamının icrası işləri çərçivəsində Daxili İşlər Nazirliyi, o cümlədən Nazirliyin Daxili Qoşunları tərəfindən də 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövr ərzində ölkəmizin ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçularına “Müharibə veteranı” adı verilib. Bu barədə Əmək və Əhalinin […]