Daha iki ölkə vətəndaşlarının təyyarə ilə Azərbaycana gəlməsinə icazə verildi

Oxunma vaxtı:51 Saniyə

Hava nəqliyyatı vasitəsilə daha 2 ölkənin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilib.

Doğrusöztv.Az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda müvafiq dəyişiklik edib.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilən həmin ölkələr Belarus və Rumıniyadır.

Bu ölkələrin vətəndaşlarının hava nəqliyyatı vasitəsilə Azərbaycana giriş-çıxışı üçün tələblər aşağıdakı kimidir:

– yaşı 18-dən yuxarı olan şəxslərə münasibətdə – yalnız COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında;

– 1–18 yaş arasında olan şəxslərə münasibətdə – yalnız uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında.

Həmin şəxslər Azərbaycan Respublikasını tərk edərkən onlardan COVID-19-a dair PCR testi tələb olunmur.

 641 total views

Next Post

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Binə qəsəbəsində yeni inşa edilmiş Tədris və Xidmət Kompleksinin açılışında iştirak ediblər (FOTO/VİDEO)

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Xəzər rayonunun Binə qəsəbəsində yeni inşa edilmiş Tədris və Xidmət Kompleksinin yanvarın 27-də açılışı olub. Doğrusöztv.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Qeyd edək ki, Binə qəsəbəsinin Atçılıq və Təmənis yaşayış massivlərində indiyədək təhsil […]