Ağdam istiqamətində müntəzəm avtobus marşrutları fəaliyyətə başlayır

Oxunma vaxtı:1 Dəqiqə, 0 Saniyə

“Yolumuz Qarabağa” layihəsi ilə işğaldan azad edilən ərazilərə təşkil olunan səfərlər çərçivəsində Ağdam istiqamətində müntəzəm avtobus marşrutları fəaliyyətə başlayır.

Bunu “Report”ub sorğusunda cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Məlumata görə, hazırda sabah, yəni yanvarın 24-də daxil olmaqla Ağdama getmək istəyənlər üçün satışda Biletlər var. Bakı-Ağdam marşrutunun birtərəfli qiyməti 9,40, Bərdə-Ağdam marşrutunun qiyməti isə 5 manatdır. Yerlər məhduddur.

“Bilet satışı real rejimdə həyata keçirildiyi üçün statistika dəyişir. Ehtiyac olarsa. prosesin gedişində avtobusların və satışa çıxarılacaq biletlərin sayı artırıla bilər”, – nazirlikdən bildirilib.

Qeyd edək ki, yanvarın 24-dən etibarən “Yolumuz Qarabağa” layihəsi 44 günlük Vətən müharibəsi zamanı işğaldan azad etdiyi ərazilərə səfərlər təşkil edir. Səfər bir gün ərzində həyata keçiriləcək və gedənlər təyin olunmuş vaxtda geri qayıtmalıdırlar.

Avtobus reysləri turizm məqsədli yox, ziyarət məqsədlidir. Vətəndaşlar bu avtobus reyslərindən istifadə edərək, işğaldan azad olunmuş ərazilərə gedib orada qədim yurd yerlərimizi, 30 ilə yaxın törədilən erməni barbarlığını, qəhrəman Azərbaycan əsgərinin qazandığı Şanlı Qələbədən sonra həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işlərini öz gözləri ilə görə bilərlər.

Ağdama səfərlər şəhər mərkəzi daxil olmaqla Ağdam rayonunun minalardan təmizlənmiş hissəsinə təşkil olunur. Səfərlər xüsusi qaydalara əsaslanmaqla təlimlərdən keçmiş bələdçilər, sürücülər və səfər təşkilatçılarının nəzarəti altında keçirilir.

 384 total views

Next Post

Səfər Mehdiyev: "Mal nomenklaturasına 44 yeni risk profili əlavə edilib"

Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə mal kodlarının və malların gömrük dəyərinin düzgün bəyan olunmaması nəzərə alınmaqla hazırlanan profillər təhlil olunub. “Report” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev tviterdəki hesabında yazıb. “Nəticədə ötən il ərzində 17 risk profili deaktiv edilərək 44 yeni risk profili sistemə əlavə edilib”, – o qeyd edib […]