“Məşğulluq marafonu” üzrə 1550-dən çox şəxs işlə təmin olunub

Oxunma vaxtı:34 Saniyə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən ilin iyun ayında başladılan “Məşğulluq marafonu”na bu günədək 610 işəgötürən qoşulub.

Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və müharibədə yaralanmış hərbi qulluqçuların məşğulluğuna dəstək məqsədi daşıyan marafona onlar 4005 vakansiya təqdim ediblər.

Həmin vakansiyalar üzrə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibə iştirakçılarından artıq 1550-dən çox şəxs işlə təmin olunub.

Hazırda da vakansiyalar üzrə göndərişlərin verilməsi davam edir.

“Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında keçirilən “Məşğulluq marafonu”na qoşulmaq istəyən işəgötürənlər vakansiyaları barədə, işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə özləri haqqında məlumatları

https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla qeyd edə bilərlər.(oxu.az)

 466 total views

Next Post

Ağdam istiqamətində müntəzəm avtobus marşrutları fəaliyyətə başlayır

“Yolumuz Qarabağa” layihəsi ilə işğaldan azad edilən ərazilərə təşkil olunan səfərlər çərçivəsində Ağdam istiqamətində müntəzəm avtobus marşrutları fəaliyyətə başlayır. Bunu “Report”ub sorğusunda cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib. Məlumata görə, hazırda sabah, yəni yanvarın 24-də daxil olmaqla Ağdama getmək istəyənlər üçün satışda Biletlər var. Bakı-Ağdam marşrutunun birtərəfli qiyməti […]