Koronavirus kişilərdə impotensiya yaradır?

Oxunma vaxtı:23 Saniyə

Koronavirusa qarşı peyvənddən imtina edilməsi kişilərin səhhətində ciddi problemlərə səbəb ola bilər.

Bu barədə “American Journal of Epidemiology” nəşri məlumat yayıb.

Elmi jurnalda dərc edilən məqalədə bildirilib ki, SARS-CoV-2 koronavirusu vaksinasiyadan keçməyən kişilərdə potensiyanın qısamüddətli azalmasına səbəb ola bilər. Lakin peyvənd olunmuş şəxslərdə belə hallar müşahidə edilmir.

Bundan əlavə, mütəxəssislər peyvəndin ana olmağı planlaşdıran qadınlara heç bir mənfi təsir göstərmədiyini qeyd edərək, vaksinin deyil, yalnız koronavirusun sağlamlıq üçün təhlükə yaratdığını vurğulayıblar.(oxu.az)

 481 total views

Next Post

"Məşğulluq marafonu" üzrə 1550-dən çox şəxs işlə təmin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən ilin iyun ayında başladılan “Məşğulluq marafonu”na bu günədək 610 işəgötürən qoşulub. Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və müharibədə yaralanmış hərbi qulluqçuların məşğulluğuna dəstək məqsədi daşıyan marafona onlar 4005 vakansiya təqdim ediblər. Həmin vakansiyalar üzrə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibə iştirakçılarından […]