“20 yanvarda qaranlıq gecədə, şam işığında dünyaya göz açmışam”

Oxunma vaxtı:1 Dəqiqə, 7 Saniyə

“Bu gün həm mənim, həm də millətimizin yenidən doğulduğu gündür. Həmin gecə nə qədər əliyalın, dinc vətəndaş şəhid oldu, bəlkə də onların adını, ruhunu və missiyasını davam etdirmək üçün biz o şərəfli gecədə doğulduq. Bilmirəm, bu gün onların adını layiqincə davam etdirə bilirəm ya yox, amma vətənimizə layiqli vətəndaş olmağa çalışıram”.

BiG.AZ xəbər verir ki, bunu moderator.az-a açıqlamasında 20 yanvar günü doğulan tanınmış teleaparıcı Jalə Həsənli bildirib. O, daha sonra əlavə edib.

“Həmin gecə uzun müddət Sovet imperiyasının əsarətində qalan xalq azadlıq səsini ucaltdı, müstəqilliyi, firavan yaşaması üçün canını sipər etdi. Bəlkə də belə bir gecədə dünyaya göz açdığımdandır ki, mən də əzmkar, arzularım üçün bütün çətinlikləri keçməyə çalışan, heç bir əngələ boyun əyməyən biriyəm. Mən rəqəmlərin insan həyatında mühüm rol oynadığına inanıram. Allah tarixi bir gündə doğulmağı mənə nəsib etmişdi, 30 illik bir həsrətdən sonra əsgərlərimizin qəhrəmanlığı sayəsində ilk qələbə müjdəsini də səsləndirməyimə səbəb oldu. Həyatda təsadüflər olmur. Yəqin mənim həyatdaki amalım da məhz budur-tarixə şahidlik etmək. Qaranlıq bir gecədə, şam işığında dünyaya göz açmışam, bu gün isə Vətənimizin işıqlı, parlaq günlərinə şahidlik edirəm. Bu gün həm özümə, həm də xalqımıza ancaq bir arzum var. Şahidlik etdiyimiz bu tarixi günlərdə ancaq xoş xəbərlər eşidək, ancaq zəfər günlərini qeyd edək. Qan yaddaşımız qələbə yaddaşı ilə əvəzlənsin. Şəhid xəbərlərimiz olmasın, bir də heç bir ailənin ocağı sönməsin!”, – deyə aparıcı bildirib.

 619 total views

Next Post

Ötən il Bakı Şəhər Prokurorluğunun bir işçisi işdən azad olunub, 5 nəfərə töhmət verilib

Ötən il Bakı Şəhər Prokurorluğunun bir işçisi işdən azad olunub, 5 nəfərə töhmət verilib Ötən il Bakı şəhər Prokurorluğunun bir işçisi işdən azad olunub, 5 nəfərə töhmət verilib. “Report” xəbər verir ki, bu barədə Bakı şəhər Prokurorluğu orqanlarının ötən il ərzində vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, qanunçuluğun möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə sahəsində […]