Dövlət orqanlarında çalışan bu işçilərin maaşları artırıldı

Oxunma vaxtı:41 Saniyə

Nazirlər Kabinetinin “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” qərarında dəyişiklik edilib.

Doğrusöztv.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları 2022-ci il yanvarın 1-dən aşağıdakı məbləğdə müəyyən edilir:

Aylıq vəzifə maaşının məbləği (manatla)

1. Ali kateqoriya dövlət orqanlarında 370

2. 1-ci kateqoriya dövlət orqanlarında 355

3. 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında 335

4. 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında 315

Həmin işçilərin mükafatlandırılması məqsədilə hər il növbəti il üçün təsdiq edilən dövlət büdcəsində onların çalışdıqları dövlət orqanlarında həmin işçilər üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur.

Bu Qərar 2022-ci il yanvarın 1-dən tətbiq edilir.

 950 total views

Next Post

Azad edilmiş ərazilərə avtobus marşrutları açılacaq

Yanvarın 24-dən etibarən Şuşa və Ağdama ilk müntəzəm avtobus marşrutlarının açılması gözlənilir. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, ilkin mərhələdə Şuşa və Ağdama reyslər üçün şərait yaradılacaq. Nəzərdə tutulan marşrut xətləri Bakı-Şuşa-Bakı, Əhmədbəyli-Şuşa-Əhmədbəyli, Bakı-Ağdam-Bakı və Bərdə-Ağdam-Bərdədir. “Sərnişindaşımada sistemliliyin, növbəliliyin təmin edilməsi, kvotalara ciddi riayət edilməsi, müvafiq məlumat bazasının formalaşdırılması üçün marşrut […]