Azad edilmiş ərazilərə avtobus marşrutları açılacaq

Oxunma vaxtı:22 Saniyə

Yanvarın 24-dən etibarən Şuşa və Ağdama ilk müntəzəm avtobus marşrutlarının açılması gözlənilir.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, ilkin mərhələdə Şuşa və Ağdama reyslər üçün şərait yaradılacaq.

Nəzərdə tutulan marşrut xətləri Bakı-Şuşa-Bakı, Əhmədbəyli-Şuşa-Əhmədbəyli, Bakı-Ağdam-Bakı və Bərdə-Ağdam-Bərdədir.

“Sərnişindaşımada sistemliliyin, növbəliliyin təmin edilməsi, kvotalara ciddi riayət edilməsi, müvafiq məlumat bazasının formalaşdırılması üçün marşrut xətləri üzrə bilet satışının onlayn qaydada həyata keçirilməsi nəzərdə tutulur”, – məlumatda deyilir.

 609 total views

Next Post

Türkiyənin Müdafiə Nazirliyi Azərbaycana başsağlığı verib

Türkiyənin Milli Müdafiə Nazirliyi 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib. “Report” xəbər verir ki, bu barədə nazirliyin tviter səhifəsində paylaşım edilib. “1990-cı il yanvarın 20-də Azərbaycanda baş verən və “Qara Yanvar” olaraq adlanan qətliamda şəhid olan qardaşlarımızı rəhmətlə anırıq. Yaxşı gündə də, pis gündə də “tək […]