Mixail Şvıdkoy: “Prezident İlham Əliyevin yubileyi Azərbaycanın inamlı uğurları ilə əlamətdardır”

Oxunma vaxtı:1 Dəqiqə, 0 Saniyə

“İlham Əliyevin 60 illik yubileyi Azərbaycanın siyasi və sosial-iqtisadi sahədə qazandığı inamlı uğurlarla əlamətdardır ki, bu da Prezidentin yubileyinə əsas hədiyyədir”.

Bunu “Report”un Rusiya bürosuna Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy deyib.

O bildirib ki, Prezidentin ad günündə təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində onun ünvanına təbriklər səsləndiriləcək.

“Rusiyada İlham Əliyevin canının sağlam olması üçün deyiləcək sözlər xüsusilə isti və dostcasına səslənəcək. Çünki Azərbaycan Prezidentinin Rusiyada çoxlu dostları var. Onlar təkcə dövlət başçısının həmyerliləri arasında deyil, həm də uzun onilliklər ərzində onun ailəsi ilə qarşılaşanların sırasındadırlar. İlham Əliyev görkəmli atanın – Azərbaycan xalqının dahi oğlu, ölkənin müstəqillik qazanması, dünya miqyasında özünəməxsus səsi olması üçün çoxlu səylər göstərən Heydər Əliyevin layiqli övladıdır”, – M.Şvıdkoy vurğulayıb.

Onun sözlərinə görə, Rusiya ilə Azərbaycan arasındakı əməkdaşlıqda humanitar əlaqələr xüsusi yer tutur: “Hörmətli Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiya ilə Azərbaycan arasında humanitar əlaqələrə göstərdiyi diqqət nəzərəçarpandır və çox vacibdir”.

M.Şvıdkoy fikrini belə yekunlaşdırıb: “Altmış yaş əsl kişi yetkinliyi yaşıdır. Bu, bir çox cəhətdən qarşıda uzun ömürün və ən çətin, cəsarətli planları həyata keçirmək üçün kifayət qədər gücün olduğu dövrdür. Azərbaycan xalqının mənafeyi naminə cənab Prezidentə məhz bunu arzulayıram”.

 1,548 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Şuşanı işğaldan azad edən fateh sərkərdə

Prezident, Müzəffər Ali Baş Komandan və müdrik sərkərdə İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinin ən qısa zamanda qalibi olan Azərbaycan dövlətinin, Azərbaycan xalqının və Milli Ordumuzun bir yumruq kimi birləşib göstərdiyi şücaət, qəhrəmanlıq haqqında bir çox araşdırmalar aparılacaq, kitablar yazılacaqdır. Cəmi 44 gün ərzində dünyanı heyrətə gətirən döyüş taktikası və […]