Prezident İlham Əliyev yenidən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti seçilib

Oxunma vaxtı:36 Saniyə

Prezident İlham Əliyev yenidən Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Prezidenti seçilib.

Doğrusöztv.Az bildirir ki, bu barədə Milli Olimpiya Komitəsindən məlumat verilib.

Dekabrın 16-da MOK-un onlayn formatda VIII hesabat-seçki Baş Məclisi keçirilib.

Əvvəlcə MOK-un İcraiyyə Komitəsinin və Təftiş Komissiyasının hesabatı dinlənilib. Hesabat-seçki Baş Məclisin iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilib.

Daha sonra İlham Əliyev, Çingiz Hüseynzadə, Fərid Qayıbov, Azər Əliyev, Zemfira Meftaxetdinova, Nazim Hüseynov, Namiq Abdullayev, Fərid Mansurov, Faiq Qarayev, Könül Nurullayeva, Mariana Vasileva və Ramil Hacı MOK-un İcraiyyə Komitəsinin üzvü seçiliblər. İclasda MOK-un Təftiş Komissiyasına üzvlərin də seçkisi baş tutub. Lyudmila Şubina, Hicran Şərifov, Balakişi Qasımov, Niyaməddin Paşayev və Yaşar Bəşirov Təftiş Komissiyasına üzv seçiliblər.

 1,685 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Prezident İlham Əliyev şəhid ailələri və müharibə əlilləri ilə bağlı fərman imzalayıb

Prezident İlham Əliyev şəhid ailəsi statusu almış şəxslərin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında Fərman imzalayıb. Fərmanda qeyd edilir ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhəri Sabunçu rayonunun Ramana qəsəbəsində, Qaradağ rayonunun Ümid qəsəbəsində, Binəqədi rayonunun […]