Stokholmda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün baş tutmamasının səbəbi açıqlanıb

Oxunma vaxtı:57 Saniyə

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Stokholmda Azərbaycan – Ermənistan xarici işlər nazirləri arasında görüşün baş tutmamasına münasibət bildirib.

Doğrusöztv.Az xəbər verir ki, XİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva öncə xatırladıb ki, 2-3 dekabr tarixlərində Stokholm şəhərində ATƏT-in Nazirlər Şurasının 28-ci iclası keçirildi və Azərbaycan xarici işlər naziri bu iclasda iştirak etdi.

“İclasdan öncə Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan nazirlərinin növbəti görüşünün Stokholmda keçirilməsi təklifi ilə çıxış etmişdi. Bəllidir ki, Azərbaycan hər zaman dialoqun tərəfdarıdır və bundan öncə keçirilmiş Nyu-York, Minsk və Paris görüşlərində Azərbaycan xarici işlər naziri post münaqişə dövründə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində məsələlər ilə bağlı ölkəmizin mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb. Lakin, 3 dekabr tarixində nəzərdə tutulan görüşdən bir neçə saat öncə Ermənistan tərəfinin təxribatı baş verdi. Belə ki, Ermənistan parlamentarlarının Azərbaycan Respublikası ərazilərinə qanunsuz səfər etməsi ilə bağlı məlumat yayıldı. Beləliklə də Azərbaycan tərəfi Ermənistanın bu təxribatına cavab olaraq, Stokholmda iki ölkə nazirinin görüşünün keçirilməsini məqsədəuyğun hesab etmədi. Göründüyü kimi, iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində Azərbaycan tərəfindən addımların atılmasına baxmayaraq, Ermənistan hərbi-siyasi təxribatlarını davam etdirir. Ermənistanın bu mövqeyi bölgədə sülh quruculuğu səylərinə xələl gətirir”, – deyə o qeyd edib.

 571 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

İran da Zəngəzur dəhlizinin imkanlarından faydalana biləcək - İranın sabiq səfiri

ƏSAS SƏHİFƏ XƏBƏR LENTİ ZƏFƏR XRONİKASI TREND TV SİYASƏT CƏMİYYƏT GÜNDƏM İQTİSADİYYAT DÜNYA XƏBƏRLƏRİ HADİSƏ İDMAN MƏDƏNİYYƏT HAVA PUL  AZ https://572b00f800be4626114b7a05d40c22f5.safeframe.googlesyndication.com/safeframe/1-0-38/html/container.html Əsas səhifə Siyasət İran da Zəngəzur dəhlizinin imkanlarından faydalana biləcək – İranın sabiq səfiri SİYASƏT4 Dekabr 2021 12:25 (UTC+04:00) İran da Zəngəzur dəhlizinin imkanlarından faydalana biləcək. Doğrusöztv.Az-ın məlumatına görə, bunu […]