Hərbi qulluqçumuz ona hücum edən erməni əsilli təxribatçını zərərsizləşdirib – MN

Oxunma vaxtı:23 Saniyə

Xocavənd rayonu ərazisində Azərbaycan Ordusunun mövqelərindən birində döyüş növbətçiliyi aparan hərbi qulluqçumuz dekabrın 3-ü saat 13.00 radələrində erməni əsilli şəxs tərəfindən hücuma məruz qalıb.

Doğrusöztv.Az bildirir ki, Müdafiə Nazirliyindən  verilən məlumata görə, Həmin şəxs silahı ələ keçirməyə cəhd göstərib.

Hərbi qulluqçumuz havaya atəş açdıqdan sonra özünü müdafiə etmək məqsədilə ona hücum edən təxribatçını zərərsizləşdirib.

Hadisə barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

 562 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Ceyhun Bayramov ATƏT-in media azadlığı üzrə nümayəndəsi ilə görüşüb (FOTO)

3 dekabr 2021-ci il tarixində, Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclası çərçivəsində ATƏT-in media azadlığı üzrə nümayəndəsi Teresa Ribeiro ilə görüşüb. Doğrusöztv.Az bildirir ki, Xarici İşlər Nazirliyindən  verilən məlumata görə, nazir Ceyhun Bayramov, xanım Teresa Ribeiroya Azərbaycanda media azadlığı istiqamətində görülən işlər […]