Ceyhun Bayramov ATƏT-in media azadlığı üzrə nümayəndəsi ilə görüşüb (FOTO)

Oxunma vaxtı:34 Saniyə

3 dekabr 2021-ci il tarixində, Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclası çərçivəsində ATƏT-in media azadlığı üzrə nümayəndəsi Teresa Ribeiro ilə görüşüb.

Doğrusöztv.Az bildirir ki, Xarici İşlər Nazirliyindən  verilən məlumata görə, nazir Ceyhun Bayramov, xanım Teresa Ribeiroya Azərbaycanda media azadlığı istiqamətində görülən işlər barəsində geniş məlumat verib.

Görüş zamanı ATƏT-ə bütün üzv dövlətlər tərəfindən ATƏT Nizamnaməsi çərçivəsində öz öhdəliklərinin icrasının zəruriliyi barədə fikir mübadiləsi aparılıb.

Qarşı tərəfə bölgədəki cari təhlükəsizlik vəziyyəti haqqında məlumat verən nazir Ceyhun Bayramov, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün atılmalı addımlar, ilk növbədə isə imzalanmış üçtərəfli bəyanatların tam icrası ilə bağlı məsələləri həmsöhbətinin diqqətinə çatdırdı.

Ceyhun Bayramov ATƏT-in media azadlığı üzrə nümayəndəsi ilə görüşüb (FOTO) - Gallery Image
Ceyhun Bayramov ATƏT-in media azadlığı üzrə nümayəndəsi ilə görüşüb (FOTO) - Gallery Image

 463 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Stokholmda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün baş tutmamasının səbəbi açıqlanıb

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Stokholmda Azərbaycan – Ermənistan xarici işlər nazirləri arasında görüşün baş tutmamasına münasibət bildirib. Doğrusöztv.Az xəbər verir ki, XİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva öncə xatırladıb ki, 2-3 dekabr tarixlərində Stokholm şəhərində ATƏT-in Nazirlər Şurasının 28-ci iclası keçirildi və Azərbaycan xarici işlər naziri bu iclasda […]