Prezident İlham Əliyev Türkiyənin Ali Təhsil Şurasının sədrini qəbul edib (FOTO)

Oxunma vaxtı:41 Saniyə

Dekabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Ali Təhsil Şurasının sədri Erol Özvarı qəbul edib.

Erol Özvar Türkiyə Respublikasının Prezidenti Rəcəp Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev Türkiyənin dövlət başçısının salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rəcəp Tayyib Ərdoğana çatdırmağı xahiş etdi.

Erol Özvar baş vermiş helikopter qəzası zamanı hərbçilərin həlak olması ilə bağlı dövlətimizin başçısına başsağlığı verdi. Prezident İlham Əliyev başsağlığına görə təşəkkür etdi.

Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, təhsil sahəsində əməkdaşlığın əlaqələrimizin möhkəmlənməsində rolu qeyd olundu. Erol Özvarın səfərinin bu sahədə əlaqələrimizin genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə edildi.

Söhbət zamanı təhsil sahəsində əməkdaşlığın perspektivləri, o cümlədən ölkəmizdə Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Sonda dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim olundu.

Prezident İlham Əliyev Türkiyənin Ali Təhsil Şurasının sədrini qəbul edib (FOTO) - Gallery Image
Prezident İlham Əliyev Türkiyənin Ali Təhsil Şurasının sədrini qəbul edib (FOTO) - Gallery Image
Prezident İlham Əliyev Türkiyənin Ali Təhsil Şurasının sədrini qəbul edib (FOTO) - Gallery Image
Prezident İlham Əliyev Türkiyənin Ali Təhsil Şurasının sədrini qəbul edib (FOTO) - Gallery Image

 437 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Heydər Əliyev Fondu Bakıdakı katolik kilsəsində bərpa işlərini başa çatdırıb (FOTO)

Heydər Əliyev Fondu Bakı şəhərindəki Müqəddəs Məryəm katolik kilsəsində aparılan cari təmir-bərpa işlərini başa çatdırıb. Doğrusöztv.Az bildirir ki, Fonddan  verilən məlumata görə, yüzlərlə katolikin ibadət etdiyi kilsədəki bərpa işləri zamanı hidroizolyasiya təmin olunmaqla dam örtüyü əsaslı təmir olunub. Qeyd edək ki, kilsə 1912-ci ildə inşa edilib. Bolşeviklər hakimiyyətə gəldikdən sonra […]