Azad edilmiş ərazilərdə görüləcək işlərlə bağlı Koreyada təqdimat keçiriləcək

Oxunma vaxtı:31 Saniyə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Koreya Respublikasının Prezidenti yanında Şimali İqtisadi Əməkdaşlıq Komitəsinin nazir statusunda sədri Çong Soo Parkı qəbul edib.

Doğrusöztv.Az xəbər verir ki, dövlətimizin başçısı yaxın vaxtlarda Azərbaycanın azad edilmiş torpaqlarında görüləcək işlərlə bağlı Koreya Respublikasında təqdimatın keçiriləcəyini vurğulayaraq bildirdi ki, bundan məqsəd Koreya şirkətlərinin azad olunmuş torpaqlarda işlərə cəlb edilməsindən ibarətdir.

Azərbaycan Prezidenti işğal dövründə Ermənistanın müntəzəm olaraq şəhər və kəndlərimizi dağıtdığını qeyd etdi, Zəfərdən sonra həmin ərazilərdə genişmiqyaslı quruculuq işlərinin başlandığını dedi, Azərbaycana dost ölkələrin şirkətlərinin bu işlərə dəvət edildiyini bildirdi. Vurğuladı ki, Koreyada bu təqdimatın keçirilməsi də ölkələrimiz arasında dostluq münasibətlərini bir daha təsdiq edir.

 358 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünün keçiriləcəyi xəbərini eşitməkdən məmnun oldum - Erl Litsenberger

Mən Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə görüşünün keçiriləcəyi xəbərini eşitməkdən məmnun oldum. Doğrusöztv.Az-ın məlumatına görə, bunu bu gün ABŞ-ın Azərbaycandakı səfiri Erl Litsenberger deyib. “ABŞ Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunmasının tərəfdarıdır. Biz bu addımı alqışlayırıq” – deyə, səfir vurğulayıb.  359 total views