SON DƏQİQƏ: Ordumuz Qafanda İRƏLİLƏDİ: Bu kənddə də BAYRAĞIMIZ ASILDI

Oxunma vaxtı:50 Saniyə

Azərbaycan tərəfi Ermənistanla sərhəddə mövqelərini möhkəmləndirdikcə, ermənilərin “ahu-zarı” göylərə bülənd olmağa başlayıb.

Oxu24.com  xəbər verir ki, Çakatendə gömrük postu və Laçın dəhlizinə çıxış istiqamətində daha iki hərbi post quran Ordumuz, bununla bir sıra yeni üstünlüklər əldə edib.

Çakaten yaxınlığında və Laçın dəhlizinə yaxın ərazidə hərbi postlar quran Azərbaycan Ordusu bununla Qafan rayonunun daha bir kəndini tam müşahidə altına alıb.

Erməni mediası yazır ki, Kütqum kəndi faktiki olaraq, üç istiqamətdən Azərbaycan Orudusu ilə əhatələnib. Belə ki, kəndin ən mühüm və strateji yüksəkilikləri tamamilə hərbçilərimizin nəzarətindədir. Məlumatda deyilir ki, Azərbaycan hərbçiləri dünənə qədər həmçinin təpələrdə elə də ciddi mövqe tutmamışdılar.

“Ümumi növbə ilə qarovul çəkirdilər. Sayları da elə çox deyildi. Dünən gecədən etibarən isə həmin təpələrdə əsgərlərin yerləşməsi və yatması üçün kiçik həcimli çadırlar quraşdırılıb. Böyük bir dirəkdən isə Azərbaycan Bayrağı asılıb. Əsgərlərin sayı da artırılıb”.

Ermənilər bildirirlər ki, faktiki olaraq Geqanuş (Kütqum) kəndi Azərbaycan hərbçilərinin mühasirəsindədir. Onların sözlərinə görə, Çakaten yolunda post qurulduqdan sonra isə Kütqumun sakinlərinin ümumi yola çıxışı tamamilə bağlanacaq.//Kaim.az

 498 total views

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Nazir polis kapitanına yeni vəzifə verdi

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub. Doğrusöztv.Az-ın məlumatına görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.Nazirin əmrinə əsasən, polis kapitanı Bəhmənli Gündüz Akif oğlu Kəlbəcər Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə rəis vəzifəsinə təyin edilib.  499 total views